Logo

Ekspert: "Qızların riyaziyyat və mühəndislik ixtisaslarına marağı artıb"

07.07.2023 11:26 227 baxış
IMG

"Son illər qızların riyaziyyat, mühəndislik, həmçinin yeni yaradılan ixtisaslara meyl və marağı müşahidə edilir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun fikirlərinə görə, bunu qızların həmin sahələr üzrə, xüsusilə də xarici universitetlərin müvafiq ixtisaslarina yüksək balla qəbul olmalarından görmək mümkündür:

"Şübhəsiz ki, onların iş tapması probleminə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nın  təsdiq olunması da bu sahədə istər oğlanlara, istər qızlara iş yerləri axtarışında müəyyən dəstək olacaq”.

Kənan Nağıbəyli

Xəbər lenti