Logo

Peşə məktəblərinin direktoru vəzifəsi üzrə qeydiyyat başlayıb

07.07.2023 12:40 323 baxış
IMG

2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi çalışmaq istəyən şəxslər 07 İyul - 20 İyul tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 26 iyul 2023-cü il tarixində qanunvericilik və məntiqə aid suallardan imtahan ediləcəklər. Peşə təhsili müəssisələrinə direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş minimum tələblər aşağıdakı kimidir:

Direktor - Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

Direktor müavinləri – Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Xəbər lenti