Logo

"The Social Times” klubunun birgə təşkilatçılığı ilə keçirilən “Quba Yay məktəbi” başa çatıb - FOTO

07.07.2023 14:20 216 baxış
IMG

Azərbaycan Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “The Social Times” klubunun birgə təşkilatçılığı ilə keçirilən sosial iş tələbələrinin “Quba Yay məktəbi” başa çatıb.

Tehsil.biz xəbər verir ki, ümumilikdə 20-yə yaxın tələbənin iştirak etdiyi yay məktəbinin təlim sessiyaları Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, sosial işçi və motivator Ayxan Qəhrəmanovun koordinatorluğu ilə baş tutub. 

Yay məktəbində iştirakçıların peşə bilik və bacarıqlarının artırılmasına, həmçinin onların şəxsi inkişafına yönələn müxtəlif təlimlər təşkil olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Pünhani Əsgərli “Öyrənməyi öyrənmək”, DOST Agentliyinin əməkdaşı Gülqədəm Fərmanlı “Sosial iş və sosial aktivlik”, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Rəsul Dadaşov “Sosial işdə ünsiyyət bacarıqları”, Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbəsi, Avropa Tələbələr Forumunun (AEGEE) Bakı nümayəndəliyinin prezidenti Cəsur Mədətzadə “Şəxsi inkişaf” mövzusunda təlim keçib. 

Yay məktəbinin iştirakçıları üçün Qubanın tarixi-mədəni və turistik məkanlarına gəzintilər də təşkil edilib. 

Layihənin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin inteqrasiyasına, əməkdaşlığına və sosial iş bacarıqlarının formalaşmasına nail olmaqdır. Tələbələrin marağı nəzərə alınaraq layihənin gələcəkdə də davam etdirilməsi və ənənəvi hala gətirilməsi planlaşdırılır.

Xəbər lenti