Logo

İqtisadiyyat naziri: “SABAH” qrupları gənc nəslin formalaşması üçün əhəmiyyətli imkanlar yaradır"

07.07.2023 14:31 256 baxış
IMG

"Yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafı ölkəmizin tərəqqisinə mühüm töhfələr verir".

Tehsil.biz xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.

Nazir qeyd edib ki, “SABAH” qrupları layihəsi savadlı, bacarıqlı və innovativ səriştələr əldə etmiş gənc nəslin formalaşması və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi üçün əhəmiyyətli imkanlar yaradır:

"Bu tarixin bir hissəsi olmaq qürurvericidir. Dövlət başçısının və Birinci vitse -prezidentin dəstəyi ilə reallaşdırılan bu layihənin inkişaf etdirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, onlara uğurlar və yeni nailiyyətlər arzulayırıq", - nazir əlavə edib.

Xəbər lenti