Logo

BDU-da infosessiya keçirilib - FOTO

07.07.2023 15:06 203 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və İsrail Yerusəlim İbrani Universitetinin (HUJI) ikili diplom proqramına qəbulla əlaqədar infosessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, iki universitet arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi bu ilin may ayında imzalanıb. BDU və HUJI arasında imzalanmış magistratura səviyyəsində ”Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Rektor BDU-nun 30-dan çox tələbəsinin artıq proqrama qoşulmaq üçün müraciət etdiyini vurğulayıb. O, bunun həmin tələbələrin həyatında dönüş nöqtəsi olacağını qeyd edib: “Bu, BDU-nun 11-ci ikili diplom proqramıdır. BDU və HUJI arasında ikili diplom proqramının əvvəlkilərdən fərqi onun tamamilə dövlət tərəfindən dəstəklənməsidir. Biotexnologiya müasir dövrdə ən çox ehtiyac duyulan ixtisaslardandır. 10-dan artıq Nobel mükafatçısı olan HUJI dünyada bu sahədə ən qabaqcıl universitetlərdəndir”.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli isə qeyd edib ki, adıçəkilən layihə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir. İndiyədək Dövlət Proqramı çərçivəsində ən prioritet sahələr üzrə  6 ikili diplom proqramı imzalanıb. Bu, həmin proqramlardan beşincisidir.  Proqramın daha bir üstünlüyü tələbələrimizə təhsillə yanaşı, tədqiqat imkanı da yaratmasıdır.

Nicat Məmmədli həmçinin ikili diplom proqramına qəbul olmaq istəyən tələbələrin əməl etməli olduqları nüansları izah edib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti