Logo

ABŞ-dən olan ekspertlər BDU-da hidroponika və akvaponika sistemləri haqqında təlimlər keçirir

07.07.2023 15:52 157 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Danbury Hydroponics” şirkətinin qurucusu Dylan Mehri, “Aquaponics  Associate” şirkətinin icraçı direktoru Joshua Dushchi, “Transparent Path” şirkətinin baş direktoru Erik Uiver, “Rooted Leaf Agritech” şirkətinin baş direktoru Nick Nikolaev, “GlobalGAP” şirkətinin beynəlxalq standartlar üzrə mütəxəssisi Fuad Ağayev tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin müəllim-tələbələri, həmçinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün hidroponika və akvaponika sistemləri haqqında onlayn silsilə təlimlər keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Təlimlər “Hidroponika və akvaponika”, “Qida istehsalı”, “Məhsuldarlıq və qida təhlükəsizliyi” mövzularını əhatə edir. Beynəlxalq mütəxəssislər tərəfindən akvaponika və hidroponika sistemlərinin strukturu, işləmə mexanizmləri haqqında geniş məlumat verilir.

Xəbər lenti