Logo

Təhsil İnstitutunun benefisiar olduğu beynəlxalq layihənin ekspertləri ilə görüş olub - FOTO

07.07.2023 16:33 236 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin əsas ekspertləri Reiner Greek, Mariana Mataçe və ARTİ-nin Təhsildə İnnovasiyalar şöbəsinin əməkdaşı Əli Tağıyev ilə görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq, onları təmsil etdiyi ali təhsil müəssisəsində görməkdən və qeyd edilən layihədə Akademiyanın da “Karyera bələdçiliyi” işçi qrupunda təmsil olunmasından məmnun olduğunu ifadə edib. 

Daha sonra layihə ekspertləri icra etdikləri layihə haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin gələcək perspektivlərindən bəhs ediblər.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.

Xəbər lenti