Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev tutduğu vəzifədən azad olunub.
Cəlal İsayevə yeni vəzifə verilib.
O, Yoluxucu Xəstəliklər kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Faktı Azərbaycan Tibb Universiteti Teleqraf.com-a təsdiqləyib.
Qeyd edək ki, baş infeksionist vəzifəsinə Təyyar Eyvazov gətirilib.