Logo

AzTU ilə AzPMA arasında əməkdaşlıq genişləndirilir

08.07.2023 09:34 333 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq inkişaf etdirilir.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə AzTU tələbələri və əməkdaşları ICB®4 standartları üzrə beynəlxalq sertifikata layiq görülüblər. Belə ki, AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova ICB®4 standartları üzrə “Level B” sertifikatı alıb. Universitetin daha 5 əməkdaşı və 7 tələbəsi isə “Level D” sertifikatına layiq görülüb.

Qeyd edək ki, ICB®4 standartları layihələrin idarəedilməsi üzrə hazır dərslik və ya vəsait deyil. Bu standartlar layihələrin idarəedilməsi sahəsində bilik, təcrübə və fərdi mükəmməlliyə qapı açaraq bacarığın cilalanması, formalaşması üçün bələdçi rolunu oynayır.  

ICB®4 standartları Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) tərəfindən ratifikasiya edilmiş milli assosiasiyaların və onların sertifikatlaşdırma mərkəzlərinin bütün sertifikatlaşdırma proqramlarının əsasını təşkil edir.

Azərbaycanda 1999-cu ildən bu günə kimi 500-dən çox mütəxəssis ICB®4 standartları üzrə sertifikata yiyələnib.

Maraqlananlar beynəlxalq bazada identifikasiya barədə ətraflı məlumatı linkə daxil olaraq oxuya bilərlər.

Xəbər lenti