Logo

Bu abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

09.07.2023 13:33 417 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə ali təhsil və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərə müraciət edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, Gəncə, Bərdə, Şəki və Lənkəran regionlarının tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentləri buraxılış vərəqələrini Mərkəzin saytındakı keçidə daxil olaraq çap edə bilərlər.

Gəncədə yerləşən komissiyalar üzrə (4304, 4404, 4504, 4704) imtahanlar iyulun 12-də Gəncə Dövlət Filarmoniyasında, Bərdədə yerləşən komissiyalar üzrə (4106, 4306, 4406, 4506, 4706) imtahanlar iyulun 13-də Bərdə şəhəri, Bülbül adına 1 saylı uşaq incəsənət məktəbində, Şəkidə yerləşən komissiyalar (4305, 4405, 4505) və Lənkərandakı komissiyalar (4307, 4407, 4507) üzrə imtahanlar isə iyulun 14-də müvafiq olaraq Şəki Dövlət Regional kollecində və DİM-in Lənkəran Regional Bölməsində keçiriləcək. İmtahanlar onlayn şəkildə təşkil edilir. İmtahanların apellyasiyaları həmin gün müvafiq imtahan zalında imtahan bitdikdən sonra təşkil ediləcək. Gecikmiş apellyasiya müraciətlərinə baxılmayacaq.

Bakı şəhərində Musiqi sənəti istiqamətinin ali təhsil pilləsi üzrə qabiliyyət imtahanları iyulun 17-21-də, Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasına qəbul imtahanı iyulun 15-də, Lənkəran Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasına qəbul imtahanı isə iyulun 22-də keçiriləcək. Ali təhsil pilləsi üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanları üçün buraxılış vərəqlərini yaxın günlərdə çap edə biləcəklər.

Musiqi sənəti istiqamətinin Naxçıvan regionu üzrə ali təhsil pilləsinin ixtisasları və tam (11 illik) orta təhsil pilləsi üzrə orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarının iyulun 24-26-da keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti