Logo

II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında 33 fiziki məhdudiyyətli şəxs iştirak edib

09.07.2023 15:32 458 baxış
IMG

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda 33 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Xəbər lenti