Logo

ADPU-nun Quba filialında beynəlxalq yay məktəbinə qeydiyyat başlanıb

10.07.2023 12:28 722 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə iyulun 24-29-da Quba şəhərində yay məktəbi keçiriləcək.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən yay məktəbində peşəkar komandadan təşkil olunmuş yerli və xarici təlimçilər tərəfindən mühazirələr keçiriləcək. Təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Yay məktəbi müddətində iştirakçılar üçün Quba və Qusarın əsrarəngiz məkanlarında gəzintilər, intellektual yarışlar da təşkil olunacaq.

Təlimlər dünyada geniş yayılmış “MICE Tourism” (Meetings, Incentives, Conferences and Exhibitions) formatında keçiriləcək.

Beynəlxalq yay məktəbində iştirak ödənişlidir və ətraflı məlumatı ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən əldə etmək olar.

Xəbər lenti