Logo

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə müsahibə keçirəcək

10.07.2023 13:00 430 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə müsahibə keçirəcək.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.

İş barədə məlumat:

• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;

• Hər bir fakültədə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində nəzərə almaq;

• Semestr və imtahanlar üçün müvafiq auditoriyalar ayırmaq və bu barədə fakültə dekanlarına məlumat vermək.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-17:00; şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədlərə aid tələblər:

• Təhsil: Ali

• Yaş: 21 – 50

• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı)

• Dil biliyi: Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində müvafiq vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 31.07.2023-cü il tarixinədək göndərə bilərlər.

Xəbər lenti