Logo

Milli Aviasiya Akademiyasının tələbələri Fizika İnstitutunda təcrübə keçirlər - FOTO

10.07.2023 20:09 535 baxış
IMG

Milli Aviasiya Akademiyasının (MAA) “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan III kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda istehsalat, “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri isə tədris-tanışlıq təcrübəsi keçirlər.

Bu barədə "Tehsil.biz"ə akademiyadan bildirilib.

Təcrübə müddətində tələbələr Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası, Nanomaterialların tətbiqi texnologiyaları, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyaları və Qrid Mərkəzinin fəaliyyət istiqamətləri və iş prinsipləri haqqında məlumat alıblar. İlk olaraq tələbələrə Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının mütəxəssisi Ceyhun Quliyev Qrid Mərkəzi, qrid texnologiyaları, qrid hesablamaları və qrid texnologiyalarında istifadə olunan proqram təminatı haqqında ətraflı məlumat verib.

Tələbələrin təcrübə rəhbəri MAA tərəfindən Araz Abdullayev, Fizika İnstitutu tərəfindən isə Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyasının böyük elmi işçisi, fizik üzrə fəlsəfə doktoru Elşən Əsədovdur.

Xəbər lenti