Logo

AƏSMA əməkdaşı Karyera Mərkəzləri Şurasının görüşündə iştirak edib - FOTO

11.07.2023 10:47 369 baxış
IMG

İyulun 7-də Mərkəzi Karyera filialının Azərbaycan universitetlerinin Karyera Mərkəzləri Şurasının görüşü baş tutub.

Tehsil.biz xəbər verir ki, görüşdə Mərkəzi Karyera filialının karyera mərkəzləri ilə birgə fəaliyyətinin hesabatı səsləndirilib.

İşsizlərlə İş Departamentinin məlumatı universitetlərlərin karyera şöbələri ilə birgə həyata keçiriləcək fəaliyyət planından danışılıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mİrzəyev də görüşdə iştirak edib.

Görüşdə DMA və Karyera Mərkəzlərinin təşkilatçılığı ilə telegram kanalının yaradılması, Şuranın idarə heyətinin seçilməsi meyarlarının müzakirəsi, Növbəti tədris ili üçün fəaliyyətlərin istiqamətləri, Şura üzvlərinin DMA-dan gözləntiləri və s. barədə danışılıb.

Sonda “Ayın mərkəzi” layihəsi üçün oktyabr ayında layihənin icra ediləcəyi universitet Azərbaycan Texniki Universiteti seçilib.

Görüş ümumilikdə məhsuldar və faydalı olub.

Xəbər lenti