Logo

35 il sonra doğma təhsil ocağında... - FOTO

11.07.2023 13:06 2710 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin 1983-1988-ci illərdə təhsil almış məzunları 35 ildən sonra doğma təhsil ocağında olublar.

Tehsil.biz xəbər verir ki, onlar mühazirə dərslərinin keçirildiyi auditoriyada 35 il sonra yenidən müəllimləri dinləyiblər.

Görüşdə vaxtilə məzunlara dərs demiş BDU-nun professorları Niftalı Qocayev, İbrahim Zeynalov, Məcnun Babayev, Rövşən Xəlilov və Vilayət Abdıyev iştirak ediblər.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova fakültənin uğurlarından və gələcək planlarından, məzunlarla əlaqələrin genişləndirilməsi zərurətindən danışıb.

Sonra keçmiş məzunlar Universitetin doğma dəhlizlərini gəzərək fakültənin auditoriyalarında və “Təkamül təlimi” muzeyində də olublar.

Xəbər lenti