"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəfindən kütləvi şəkildə oxunulanda feysbuk səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırmışdım. Bu çağrışımda digər səbəblər kimi universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim".
Tehsil.biz xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında yazıb.
Millət vəkili qeyd edib ki, ADNSU-da əcnəbi tələbələrin təhsilinə nəzarət, demək olar, itirlmişdi.
"Bütün bunlardan Elm və Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri var idi, lakin ölkə rəhbərliyinə dürüst informasiya verilmirdi. Dünyanın məşhur QS reytinqində universitetlərimizin acınacaqlı durumu ilə bağlı da ölkə rəhbərliyinə məlumat verilməlidr. Ölkədə universitet böhranı var. Qalib xalqın bütün məmurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və çağrışlarına birmənalı olaraq əməl etməlidirlər. Qanunların icrası prosesi sürətlə həyata keçirilməli, bütün sahələrdə ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq geniş vüsət almalıdır", - Etibar Əliyev bildirib.
Kənan Nağıbəyli