"Ölkədə universitet böhranı var. 20 ildir həyəcan siqnalı verirəm".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi özünü görməzliyə və eşitməzliyə vurur:
"Yaxşı ki, universitetlərin qlobal reytinq sıralanması var. Yoxsa nazirlik deyəcəkdi ki, bizim universitetlər Avropa universitetlərindən də güclüdür, heç nə də sübut edə bilməyəcəkdik. Bu 15 ildə güclü universitetlər yarada bilməsək də, universitetlərin potensial imkanları hesabına şərab zavodları və şadlıq evləri qura bildik. Nazirliyin gözü qarşısında".
Kənan Nağıbəyli