Logo

BDU-da Keyfiyyət Təminatı Mərkəzi yaradılıb

11.07.2023 18:49 611 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Keyfiyyətin təminatı, monitorinq şöbəsinin bazasında Keyfiyyət Təminatı Mərkəzi yaradılıb.

Tehsil.biz xəbər verir ki, bununla əlaqədar BDU Elmi Şurası qərar qəbul edib.

Keyfiyyət Təminatı Mərkəzinin yaradılması üçün Almaniya və Türkiyə universitetlərinin təcrübəsi öyrənilib, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tövsiyələri nəzərə alınıb.

Keyfiyyət Təminatı Mərkəzində Monitorinq, təhlil və akkreditasiya, Təlim, metodik dəstək və inkişaf şöbələri fəaliyyət göstərəcək.

Xəbər lenti