Logo

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsinin uğuru - FOTO

12.07.2023 10:46 551 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisasının II kurs tələbəsi, tennis üzrə dəfələrlə Azərbaycan çempionu və xarici turnirlərin qalibi, idman ustası Kənan Qasımov mötəbər idman yarışında uğur qazanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, K.Qasımov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “ITF Word Tennis Tour (Juniors)” adlı idman yarışında I yerə layiq görülüb.

Xəbər lenti