Logo

17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransına hazırlıq işləri başlanıb

12.07.2023 22:11 358 baxış
IMG

Sentyabrın 5-dən 7-dək Milli Azərbaycan Tarixi Muzeyində (MATM) keçiriləcək 17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransına hazırlıq işləri başlanıb.

Bu barədə "Tehsil.biz"ə muzeyin elmi işçisi, dosent Əli Fərhadov məlumat verib.

Ə.Fərhadov bildirib ki, akademik Nailə Vəlixanlıya həsr olunan beynəlxalq tədbir MATM, Türkiyənin Aydın Adnan Menderes, Səlcuq universitetləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunur.

Beynəlxalq konfransda türk tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə məruzələr dinləniləcək.

Məruzələrin nəşri nəzərdə tutulub.

Xəbər lenti