“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciətlərin 80 %-dən çoxu magistratura təhsili ilə bağlıdır”.
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
O bildirib ki, müraciətlərin qəbulu davam edir və statistika dəyişəcək:
“Ümumilikdə daha çox magistratura təhsili ilə bağlı müraciətlər almışıq. Bu il Azərbaycandan xaricə oxumaq üçün getmək istəyənlərin çoxu magistrlardır”.