Logo

TKTA ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib

13.07.2023 00:38 189 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Bildirilib ki, görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına yönəlmiş mühüm təşəbbüs olan CodeforFuture layihəsinin gələcək inkişafının müzakirəsi olub.

CodeforFuture layihəsinin və əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi görüşdə Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova İT sahəsinin ildən-ilə inkişaf etdiyini, yeni əməkdaşlıqlar və bu kimi  layihələr tələbələrin  İT karyerası üçün lazımi bilik və bacarıqlar əldə etməyinə və yüksək ixtisaslı mütəxəssislərə artan tələbatı ödəməyə imkan verdiyini qeyd edib.

Görüşdə eləcə də TKTA ilə İRİA arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, İRİA 2023-cü ildən etibarən CodeforFuture layihəsinin inkişafına fəal dəstək göstərir.

Xəbər lenti