Logo

Kino Agentliyinə niyə rəhbər təyin olunmur? - AÇIQLAMA

13.07.2023 09:43 343 baxış
IMG

"Kino Agentliyinə təyinatlarla bağlı bütün sənədləşmə prosesləri həyata keçirilir. Mədəniyyət Nazirliyinin ən önəmli tələblərindən biri menecerlərin, idarəedicilərin doğru və professional dəyərlərə uyğun seçilməsidir. Bu da sadə proses deyil, zaman tələb edir. Mütəxəssislər asan yolla tapılmır".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Kulis.az-ın sorğusuna cavab olaraq bildirib.

"Kino Agentliyi bizim üçün çox önəmli təsisatdır. Dövlət onun qarşısında yeni hədəflər qoyub. Burada tək kino istehsalı yox, istehsalın ətrafında olan bütün proseslərin yenilənməsi nəzərdə tutulub.

Kino Agentiyi yeni bir fəaliyyət sahəsidir. Ona görə də onun rəhbərinin daha peşəkar, sahəyə kifayət qədər bələd olan, təcrübəli biri olmağı önəmlidir. Hazırda Agentlik komanda şəklində idarə olunur. Vacib olan Agentliyin fəaliyyət istiqamətidir. Bu sahədə bizim üçün əsas olan rəhbərin kimliyi deyil, Agentliyin sağlam fəaliyyətini təşkil etməkdir. Qısa müddətdə Agentliyə kadr təyinatı da gerçəkləşdiriləcək".

Xəbər lenti