Qərbi Kaspi Universitetində qeyri-qanuni tələbə qovulması qeydə alınıb.
Bu barədə Tehsil.biz-ə daxil olan şikayətdə bildirilib.
Məlumata görə, sözügedən universitetin tələbələrindən birinin digər universitetlərə köçürülməsi baş tutmadığından həmin tələbənin yenidən Qərb Universitetində təhsilinə davam etməsinə icazə verilməyib.
Tələbə köçürülməsi zamanı istədiyi universitetə qəbul ola bilməyən tələbə oxuduğu Qərbi Kaspi Universitetindən də qovulduğunu bildirib.
Məsələ ilə bağlı universitetdən Tehsil.biz-ə bildirildi ki, tələbənin verdiyi məlumat həqiqəti əks etdirmir.
Qeyd olundu ki, həmin tələbə universitetdən qovulmayıb, sentyaabr ayından etibarən tədrisinə davam edə bilər.