Logo

BDU-da "Milli həmrəyliyimiz dövlət siyasətinin əsas istiqamətlərindəndir" adlı tədbir

18.03.2021 13:13 692 baxış
IMG

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Milli həmrəyliyimiz dövlət siyasətinin əsas istiqamətlərindəndir" adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Cəfər Gözəlov Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, xalq-iqtidar birliyinin ölkəmizin inkişafına töhfəsindən danışmışdır.

 

Çıxış edən fakültə üzrə TGT sədrinin müavini Vəliyullah Həbibzadə və tələbələr ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə qələbə qazanmağımızda xalqın həmrəyliyinin və birliyinin böyük rol oynadığını bildiriblər.

Xəbər lenti