Logo

Naxçıvanın Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçiriləcək

13.07.2023 17:12 394 baxış
IMG

9 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən sənəd qəbulu aparılmış namizədlər 13 iyul saat 17:00-dan 25 avqust 23:59-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/VergiTest/VergiQeydList 

Test imtahanının Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Namizədlər imtahana qeydiyyat səhifəsində istədikləri imtahan yerini (şəhərini) seçə bilərlər.

Xəbər lenti