Logo

BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Qazaxıstanda keçirilən beynəlxalq forumda - FOTO

13.07.2023 19:00 439 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov Qazaxıstan Respublikasının Türküstan şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin XV Forumunda iştirak edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, forumda təhsil sahəsində müasir problemlər, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyəti  müzakirə olunub. Məruzəçilər təmsil etdikləri ölkələrdə həmin sahələrdəki vəziyyət haqqında məlumat veriblər. Türk dövlətləri arasındakı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən konfransda  dəvət olunan digər alimlərin elmi məqalələri də dinlənilib. Geniş marağa səbəb olan konfransda qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.

Xəbər lenti