Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov “İTV Xəbər”ə müsahibə verib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
İyulun 13-də İctimai TV-nin xəbərlər buraxılışında dəniz suyunun təmizliyi, dənizə axıdılan suyun necə təmizlənməsi haqqında süjet yayımlanıb.
Süjetdə alim “Bakının kanalizasiya suları dənizə necə axıdılır?” mövzusunda sualları cavablandıraraq, dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə diqqət olunmalı məqamlarından bəhs edib.
Sözügedən müsahibə ilə buradan (20:35 dəqiqə) tanış ola bilərsiniz.