Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının bu il üçün 9-cu iclası keçirilib.
Şuradan "Tehsil.biz"ə verilən məlumata görə, iclasda universal platforma operatoru lisenziyasının alınması üçün "Azlink" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər incələnib.
Müzakirələrdən sonra "Azlink" MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.