Logo

UNEC-də Xarici dillər departamenti yaradılıb

14.07.2023 21:02 451 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici dillər departamenti yaradılıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, departamentin tərkibində Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə tələbələrin biliyinin qiymətləndirilməsi mərkəzi və Tərcümə mərkəzi fəaliyyət göstərəcək.

Xatırladaq ki, UNEC-də ingilis dilinin tədrisi və tələbələrin dil biliyinin qiymətləndirilməsi “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” (Listening, Reading, Writing, Speaking) bacarıqları üzrə beynəlxalq təcrübəyə əsasən aparılır. UNEC-in strateji hədəfi tələbələrin məzun olduqda ingilis dili biliyinin azı B1+ və ya B1 Strong səviyyəsində olmasını təmin etməkdir.

Xəbər lenti