Logo

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub - FOTO

14.07.2023 23:59 485 baxış
IMG

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilib.

Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummili Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.

Xəbər lenti