Logo

UNEC rektoru “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub

15.07.2023 12:03 214 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Türk dünyasının önəmli simalarının layiq görüldüyü mükafat V İqtisadiyyat və İdarəetmə Sahəsində Araşdırmaçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində keçirilən “Türk dünyasında çağırışlar” adlı paneldəkı çıxışından sonra rektor Ədalət Muradova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təqdim olunub.

Professor Ədalət Muradov UNEC-də təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində apardığı uğurlu islahatlara, universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılmasına görə həmin mükafata layiq görülüb.

Xəbər lenti