İyulun 19-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə Dilçilik İnstitutundan məlumat verilib.
Bildirilib ki, konfransda “Heydər Əliyevin hakimiyyəti dönəmində dil haqqında qəbul olunan sərəncam və fərmanların tarixi əhəmiyyəti”, “Əbədiyaşar Ümummilli Liderimiz”, “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, “Heydər Əliyev və dil quruculuğu”, “Heydər Əliyev və dil tariximiz”, “Heydər Əliyevin nitq və çıxışlarının İndoneziya və malay dillərinə tərcüməsi məsələləri”, “Heydər Əliyevin andiçmə nitqlərinin linqvostatistik və funksional təhlili” mövzularında məruzələr dinləniləcək.