Logo

Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı ilə bağlı iddialara CAVAB

15.07.2023 13:28 473 baxış
IMG

"Ölkənin 13 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları keçirilib. Bu günə qədər test imtahanlarında 42 min 515 namizəd iştirak edib".

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən gün Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanına dair sosial şəbəkələrdə yayılan səs yazısı həqiqəti qətiyyən əks etdirmir:

“İmtahan prosesində ləngimə və namizədlərin əlavə stres yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunub. Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməyib.

Bir daha xatırlatmaq istəyirik ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır.

Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti