Logo

ISCEMR-2023 çərçivəsində nəşr olunan kitablar “WorldCat” bazasına daxil edilib

15.07.2023 14:13 217 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarının V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2023) çərçivəsində nəşr olunmuş “Bir Əsrin İqtisadi Portreti”, “Strateji İdarəetmə”, “Exploring the Green Economy: Issues, Challenges and Benefits” və “Konfrans Xülasələr Kitabı” kitabları dünyanın nüfuzlu elmi- biblioqrafik platformalarından olan “WorldCat®” bazasına daxil edilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, “WorldCat” dünyanın ən böyük biblioqrafik məlumat bazası hesab edilir. 107 ölkədən 15 637 kitabxana kolleksiyasını əhatə edən bu toplu kataloqda 483 dildə 512 milyondan çox biblioqrafik yazı əks olunub. Konfrans çərçivəsində çap edilən nəşrlərimiz bu kataloqda yer alıb və dünya çap əsərləri ilə bir sırada kataloqlaşdırılıb. Bu platforma vasitəsilə dünya üzrə çap edilən bütün unikal nəşrlər barədə dünyanın hər yerində məlumat əldə etmək mümkündür.

Xəbər lenti