Logo

Ötən 10 ayda Azİİ e-Kitab Evinin xidmətlərindən 58 mindən çox tələbə istifadə edib

15.07.2023 14:52 162 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin xidmətlərindən tələbələr səmərəli istifadə edirlər.

Bu barədə "Tehsil.biz"ə Azİİ e-Kitab Evindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin iyun ayınadək Azİİ e-Kitab Evinin xidmətlərindən gündüz növbəsində ümumilikdə 58 mindən çox, gecə növbəsində isə 600-dən çox bakalavr və magistr istifadə edib.

Qeyd edək ki, AZİİ e-Kitab Evi doktorant və əməkdaşlara da lazımi xidmətlər göstərir.

Xəbər lenti