Logo

"Uğurlu tədqiqatın aparılması və tezislərin yazılması” mövzusunda təlim keçirilib - FOTO

15.07.2023 16:30 185 baxış
IMG

Təhsil İnstitutunda doktorant və gənc tədqiqatçılar üçün “Uğurlu tədqiqatın aparılması və tezislərin yazılması” mövzusunda təlim keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimin əsas mövzusu uğurlu tədqiqatın aparılması və tezisin yazılması qaydaları olub.

Təlimdə institutun direktor müavini Könül Abaslı çıxış edərək elmi tədqiqat mövzularının seçimi zamanı diqqət edilməsi zəruri olan meyarlar, etibarlı mənbələrə əlçatanlıq, tədqiqatın strukturu və akademik dürüstlük mövzularında ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil İnstitutu noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını keçirəcək.

Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər tədqiqatçılar iştirak edə bilərlər.

Konfransda çıxışı məqbul hesab edilən tezislər konfransın kitabında çap olunacaq.

Xəbər lenti