Logo

MİQ-də daha bir neçə fənn üzrə apellyasiya müraciətləri başlayıb

15.07.2023 21:27 395 baxış
IMG

İngilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya və alman dili fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya və alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti