Logo

Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirilib

16.07.2023 16:38 399 baxış
IMG

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

Tehsil.biz xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsindən bildirilib.

Məlumata görə, imtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin 4 zalda keçirilib. İmtahanların keçirilməsinə 1 imtahan rəhbəri və 4 nəzarətçi cəlb olunub, imtahanda 30 abituriyent iştirak edib.

Xəbər lenti