Logo

Azərbaycanda daha 5 nəfər COVID-19-a yoluxub

16.07.2023 17:09 270 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 983 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 673 nəfər müalicə olunaraq sağalıb, 10 288 nəfər vəfat edib, aktiv xəstə sayı 22 nəfərdir.

Ölkədə son sutka ərzində 416, hazırkı dövrədək isə 7 655 305 test aparılıb.

Xəbər lenti