ABŞ-nin Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi - papilyar kraniofarinqioma üçün yeni müalicə üsulu hazırlayıblar.
Tehsil.biz xəbər verir ki, yeni üsul şişlərin kiçilməsində effektiv olub. Araşdırmanın nəticələri "New England Journal of Medicine" nəşrində dərc olunub.
Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68%-dən 99%-ə qədər (orta hesabla 91%) dəyişib.
Yeddi xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Altı pasiyentin təxminən iki illik müayinəsi şişin böyümədiyini üzə çıxarıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb.