19 iyul 2023-cü il tarixində saat 12:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Tədbirdə “Heydər Əliyevin hakimiyyəti dönəmində dil haqqında qəbul olunan sərəncam və fərmanların tarixi əhəmiyyəti”, “Əbədiyaşar Ümummilli Liderimiz”, “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, “Heydər Əliyev və dil quruculuğu”, “Heydər Əliyev və dil tariximiz”, “Heydər Əliyevin nitq və çıxışlarının İndoneziya və malay dillərinə tərcüməsi məsələləri” və “Heydər Əliyevin andiçmə nitqlərinin linqvostatistik və funksional təhlili” mövzusunda məruzələr dinləniləcək.