Logo

UNEC-ə bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu davam edir

17.07.2023 15:02 436 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu aparılır.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, “Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında Qaydalar”a əsasən ərizələr sentyabrın 5-dək qəbul ediləcək.

Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər lenti