"Sabah axırıncı dərs günüdür".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
o, “Facebook”da canlı yayımda deyib ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür:
“Növbəti 9 gün ərzində olan dinamika düşünürəm ki, məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır. 9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər".