Logo

BMU-İNHA İDP ilə bağlı məlumat sessiyası keçiriləcək

17.07.2023 23:58 426 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı barədə maarifləndirmə işləri davam etdirilir.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, bu istiqamətdə növbəti tədbir kimi 19 iyul 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Dövlət Proqramları İdarəetmə Qrupu"nun (DPİQ) təşəbbüsü ilə onlayn məlumat sessiyası keçiriləcək.

BMU-nun rəsmi “Facebook” səhifəsi üzərindən canlı məlumat sessiyasında BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun layihə meneceri Aytən Şadlinskaya iştirak edəcəklər.

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, proqramın yaratdığı imkanlar və s. barədə ətraflı məlumat veriləcək, suallar cavablandırılacaq.

Xəbər lenti