2022/2023-cü tədris ilində 760 tələbə 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində dual peşə təhsil proqramına cəlb edilib.
Tehsil.biz xəbər verir ki, bunu dual peşə təhsili proqramının yekun tədbirində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, proqrama cəlb edilən tələbələrin 200-ü işlə təmin edilib:
"Növbəti il üçün sözügedən proqram çərçivəsində təhsil alan tələbə sayının 1000 nəfərə çatması planlaşdırılır".