Logo

BDU-da Mexanika-riyaziyyat fakültəsinin məzunları ilə görüş olub

18.07.2023 15:05 808 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşəbbüsü ilə Mexanika-riyaziyyat fakültəsinin 2002-ci il məzunlarının görüşü olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Görüşdə fakültənin dekanı Ziyadxan Əliyev məzunları yenidən universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, BDU məzunları ilə əlaqələrin daha da genişləndirilməsi məqsədilə mütəmadi olaraq təşkil edilir.

Məzunlar xatirələrini bölüşüb, cəmiyyətdə elmin, təhsilin mühüm rolundan bəhs ediblər.

Sonra məzunların karyeraları, qazandıqları nailiyyətlər müzakirə olunub.

Xəbər lenti