Logo

2020-ci ilin sentyabr ayı meteomüşahidələr tarixində ən isti sentyabr hesab edilib

07.10.2020 22:24 594 baxış
IMG

"Copernicus Climate Change Service" (CCCS) Avropa Peyk Müşahidələri Rəsədxanasının məlumatına görə, 2020-ci ilin sentyabrı meteomüşahidələr tarixində Avropada və bütün planetdə ən isti sentyabr hesab edilib.

 

Tehsil.biz AZƏRTAC-a istinadən bildirir ki, alimlərin məlumatına əsasən, ötən ay orta temperatur bundan əvvəlki rekord göstərici hesab edilən 2019-cu ilin sentyabrı ilə müqayisədə 0,05 dərəcə isti olub.

 

Sibirin Arktik zonasında temperatur orta göstəriciləri keçib, Arktik buzun səviyyəsi isə peyk ölçmələri ərzində minimal göstəriciyə malik illərin siyahısında ikinci olub.

Xəbər lenti