Bu tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin IV kurs tələbələrindən 277-si istehsalat təcrübəsində olub.
Fakültədən "Tehsil.biz"ə bldirilib ki, tələbələr universitetdə təhsil aldıqları ixtisaslar üzrə əsasən “Baku Steel Company” QSC, “Neftqazmaş” ASC, SOCAR və digər müəssisələrdə iş təcrübəsi qazanıblar.
Qeyd edək ki, 1100-dən çox tələbəsi olan fakültədə təhsilin müasirləşdirilməsi, tədrisin təşkili, istehsalat təcrübələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.